Azərbaycan, Rusiya və Ermənistan liderləri ilin sonuna qədər görüşə bilərlər - EKSPERT 

Azərbaycan, Rusiya və Ermənistan liderləri ilin sonuna qədər görüşə bilərlər - EKSPERT 

Hazırda oxunan: Azərbaycan, Rusiya və Ermənistan liderləri ilin sonuna qədər görüşə bilərlər - EKSPERT 

34974

Bu ilin sonuna qədər Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü baş tuta bilər. 

Bizim.Media xəbər verir ki, belə bir proqnozla Rusiya Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov RİA Novosti-yə müsahibəsində danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gorus-Qafan yolunda son vəziyyət necədir?


Analitikin sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesinin təşkili çərçivəsində beynəlxalq vasitəçilərin səylərinin mövsümi olaraq intensivləşməsi, xüsusən payızın əvvəlində, eləcə də ilin sonunda baş verib.

"Belə dövrlərdə Azərbaycan və Ermənistan rəhbərliyi beynəlxalq auditoriyaya dialoqa açıq olduğunu nümayiş etdirəcək, baxmayaraq ki, yaxın aylarda sərhəd zonalarında gərginlik qalacaq", - Neyjmakov bildirib.
 

Analitikin nöqteyi-nəzərindən daxili auditoriya adətən bu cür danışıqlara ehtiyat edir. Məsələn, erməni mətbuatı vaxtaşırı Bakının maraqları üçün güzəştlərin hazırlanması ilə bağlı şayiələr yayır. 


Neyjmakov hesab edir ki, Rusiya üçün danışıqlar prosesini tam olaraq Moskvanın vasitəçiliyi ilə inkişaf etdirmək vacibdir.

Xatırladaq ki, Qarabağdakı 44 günlük müharibədən sonra ilk və sonuncu dəfə üç ölkənin liderləri bu ilin əvvəlində görüşmüşdülər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO