Şuşa strateji mövqeyini GÜCLƏNDİRİR - DEPUTAT

Şuşa strateji mövqeyini GÜCLƏNDİRİR - DEPUTAT

Hazırda oxunan: Şuşa strateji mövqeyini GÜCLƏNDİRİR - DEPUTAT

0:00
0:00
34836

"Şuşa yeni mərhələyə qədəm qoyur. Bərpa və yenidənqurma mərhələsi yeni iqtisadi inkişaf dövrü ilə əvəzlənməkdədir. Yenidən qurulan Şuşa əvvəlki tarixi və strateji mövqeyini möhkəmləndirməkdədir”.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.

Onunn sözlərinə görə qürur mənbəyimiz Şuşa uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub:
 

“Ötən əsrin əvvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə xüsusi iqtisadi potensiala malik olduğunu göstərir.


20.9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib. 1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi. Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tuturdu. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi”.

Deputat hesab edir ki, istifadəyə verilən “Qarabağ” hoteli və təməli qoyulan“Otel və Konfrans Mərkəzi” Şuşa şəhərində daxili, eləcə də gəlmə turizminin inkişafına xüsusi töhvə verəcək:

“Yaxın zamanlarda Şuşada daha çox yerli və beynəlxalq tədbirlərin təşkili mümkün olacaq ki, bu da starteji baxımdan şəhərin əhəmiyyətini daha da gücləndirəcək”, deyə Vüqar Bayramov əlavə edib. 

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfəri zamanı “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub, eləcə də yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO