“Luvr”-da nümayiş olunan Azərbaycan xalçası – Ölkəyə nə zaman valyuta gətirəcək?

“Luvr”-da nümayiş olunan Azərbaycan xalçası – Ölkəyə nə zaman valyuta gətirəcək?

Hazırda oxunan: “Luvr”-da nümayiş olunan Azərbaycan xalçası – Ölkəyə nə zaman valyuta gətirəcək?

34346

Azərbaycana valyuta gətirəcək potensiallı sahələrdən biri də xalçaçılıqdır. Xalçalarımız tarix boyu dünya ölkələrində məşhur olub və indi də onlara təlabat böyükdur.

“Luvr”, “Metropoliten”, “Topqapı” kimi məşhur muzeylərdə nümayiş olunan Azərbaycan xalçalarının hazırda geniş istehsalı yoxdur. 

Baxmayaraq ki, son illər bu sahənin inkişafı üçün addımlar atılıb, ölkənin bir neçə bölgəsində xalçaçılıq müəssisələri açılıb, hələ bu işlər Azərbaycan xalçalarının öz şöhrətini qaytarması üçün yetərli hesab olunmur. 
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-la bağlı İnvestisiya Holdinqə şikayət - Ölkəyə Aşağıbüdcəli aviaşirkətlər gətiriləcək


Qeyd edək ki, gələcəkdə də xalçaçılıq müəsissələrinin sayının artırılması nəzərdə tutulub.  

Bəs hazırda bu sahənin inkişafına nə mane olur? 

İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, xalça istehsalının inkişafı məqsədilə “Azərxalça” yaradılsa da, onun fəaliyyəti qənaətbəxş olmayıb: 

““Azərxalça” uzun müddət ziyanla işləyib. Rəhbəri müxtəlif korrupsiya əməllərinə görə həbs olunduqdan sonra indi yeni rəhbəriklə yeni yanaşma ortaya qoymaq istəyirlər.  Müəssisənin gəlirlə işləməsi üçün idarəetmə yanaşması da dəyişilməlidir”.

Natiq Cəfərli hesab edir ki, xalçaçılıq özəl sektorun öhdəsinə buraxılarsa, bu daha gəlirli sahəyə çevirilə bilər: 

“Dövlət bu sahədə bacarığı olanlara maddi dəstək göstərə və bazarlara çıxış imkanlarına kömək göstərə bilərdi. Dövlətin özünün bu sahə ilə məşğul olması sahənin gəlirliliyini aşağı salır. “Azərxalça”-nın qismən və ya bütöv şəkildə özəlləşdirilməsi gündəmə gəlməlidir. Ölkədə 10-dan çox istehsal müəssisəsi var, amma heç biri rentabelli çalışmır. Həmin istehsal müəssisələrini bu sahədə təcrübəsi və bacarığı olan insanlara uzun müddətli icarəyə vermək olar. Bu həm dövlətin yükünü azalda bilər, həm də sahənin inkişafına təkan verər”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO