İhsan Səlim Baydaş: “Azərbaycan çağırış edərsə, gənclərimiz Qarabağda olacaq” – ÖZƏL MÜSAHİBƏ

İhsan Səlim Baydaş: “Azərbaycan çağırış edərsə, gənclərimiz Qarabağda olacaq” – ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: İhsan Səlim Baydaş: “Azərbaycan çağırış edərsə, gənclərimiz Qarabağda olacaq” – ÖZƏL MÜSAHİBƏ

34304

İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun 4-cü Baş Assambleyası çərçivəsində Türkiyənin gənclər və idman nazirinin müavini İhsan Səlim Baydaş Bizim.Media-yanın Baş redaktoru Anar Tahirova müsahibə verib.

Müsahibə zamanı maraqlı məqamlara toxunan Baydaş son dönəmlərdəki hadisələrdə Azərbaycan-Türkiyə gəncliyinin mütəşəkkilliyindən və sərgilədiyi qardaşlıqdan danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan İslam ölkələri gənclərinə müraciət etdi - İSTANBULDAN ÖZƏL 


Sözügedən müsahibəni təqdim edirik:

- İhsan bəy, Azərbaycanla gənclər sferasında hansı işlərin görülməsi nəzərdə tutulur?

- Bundan əvvəl də bizim Azərbaycan və Türkiyə gəncləri ilə birgə layihələrimiz olub. Azərbaycan gəncləri burada təhsil imkanları qazanıblar, həmçinin Türkiyədən olan cavanlarımız Azərbaycan cəmiyyətinə inteqrasiya olublar. Bundan başqa birgə hərbi təlimlərimiz həyata keçirilib. Azərbaycandan olan hərbçilər Türkiyədə təcrübə proqramları keçib. Biz təkcə Türkiyə və Azərbaycan deyil, bütün İslam ölkələri gəncləri ilə müxtəlif səpgidə işlər həyata keçirməyə çalışırıq. Biz dövlət başçılarımızın göstərişi ilə minlərlə belə layihə həyata keçirmişik və bu işlərimizi gələcəkdə də davam etdirəcəyik. Sayın İlham Əliyevin də qeyd etdiyi kimi, bizim bu əməkdaşlığımız, bağlarımız əbədidir. Son illərdə həm Azərbaycan, həm Türkiyə Prezidentlərinin apardığı türk birliyi siyasəti bu bağları daha dərinlərə aparacaq və xalqlarımız bunun bəhrəsini mütləq görəcəklər.

- Prezident Ərdoğanın İslam ölkələrinə müraciəti haqda nə deyə bilərsiz? İslam ölkələri gəncləri dünyada islam haqqında formalaşan yanlış fikirlərin aradan götürülməsi üçün nə etməlidirlər?

- Sayın Prezidentimiz Rəcəp Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, bunun üçün gənclər birinci növbədə təhsilli, elmli olamlıdırlar. Öz akademik biliklərini püxtələşdirib, savadlı mütəxəssisə çevrilməlidirlər. Biz onları siyasətdə, idmanda, iqtisadiyyatda və digər sosial yerlərdə aktiv görmək istəyirik. Dünya islam gənclərinin bütün sahələrdə əldə etdikləri uğurları gördükdən sonra islam haqqında formalaşan yanlış fikirlər dağılıb gedəcək. Bunun üçün hər zaman çalışmaq lazımdır. Bilirsiniz, sözlə nəyisə isbatlaya bilməzsiniz, iş amalda və əməldə olmalıdır. Gənclərimiz bu yola qədəm qoymuşlar və qısa bir sürədən sonra bəhrəsini görəcəyik.



- Qarabağ savaşından sonra əldə olunan Böyük Zəfərin nəticəsi olaraq erməni vandallarının darmadağın etdiyi ərazilərimizin yenidən qurulmasında Türkiyəli gənclər hansı töhfələrini verə bilər?

- Biz hər bir vəziyyətdə qardaş Azərbaycanın yanında olub, onlara əlimizdən gələn köməklik göstərmişik və bundan sonra da bu belə olacaq. Qarabağ savaşında Bayraktar PUA-larının göstərdiyi performanslar bütün dünyada müzakirə olundu. Müharibədən sonrakı mərhələdə, Qarabağdakı quruculuq işlərində də Türkiyə gəncləri bütün səyləri ilə çalışacaq. Ulu öndər Atatürkün də qeyd etdiyi kimi, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycan əmin ola bilər ki, Qarabağda həyata keçiriləcək bütün layihələrdə türkiyəli gənclər öz töhfələrini verəcəklər. Yəni, qardaş Azərbaycan bir çağırış edərsə, bütün Türkiyəli gənclər Qarabağda olacaqdır.

- İhsan bəy, Qarabağ müharibəsi zamanı Türkiyədən xeyli gənc savaşa qatılmaq üçün müraciət edirdi, eyni zamanda Türkiyədə baş verən yanğın fəlakətləri zamanı Azərbaycan gəncləri də yaxından iştirak etdilər. Bu qardaşlığı necə qiymətləndirirsiz? 

- Böyük siyasət və dövlət adamı Heydər Əliyevin də qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik. Təbii ki, Azərbaycanda baş verən proseslər bizim cəmiyyətimizə də təsir edir. Qarabağ savaşı zamanı minlərlə Türk gəncləri müraciət edərək, cəbhəyə yollanmaq istəyirdi. Təbii ki, Azərbaycanın buna ehtiyacı yox idi, o problemlərini həll etmək gücünə malik bir dövlətdir. Həmçinin Türkiyə meşə yanğınları ilə savaşdığı zaman da Azərbaycandan olan FHN əməkdaşları gecə-gündüz çalışaraq, bizim ən böyük dəstəkçilərimizə çevrildilər. Milyonlarla ismarıclar aldıq, Azərbaycanın hər yerindən belə ağır günlərdə yanımızda olduqlarını bildirirdilər. Yəni bunun başqa yöntəmi yoxdur, bizim aramızda olan bağ sarsılmazdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO