Fransalı diplomat: “ATƏT-in Minsk Qrupunun uğursuzluğu müharibəyə səbəb oldu”

Fransalı diplomat: “ATƏT-in Minsk Qrupunun uğursuzluğu müharibəyə səbəb oldu”

Hazırda oxunan: Fransalı diplomat: “ATƏT-in Minsk Qrupunun uğursuzluğu müharibəyə səbəb oldu”

34053

“Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu oynamaq Fransanın borcudur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Fransa Milli Assambleyasının və həm Avropa Şurası, həm də NATO Parlament Assambleyasının üzvü Cerom Lambert yazıb.

Belə ki, Qarabağ münaqişəsi haqqında fikirlərini bildirən Lambert Fransanın erməniyönümlü siyasətinin əksinə olaraq məsələyə adekvat yanaşması ilə diqqət çəkib.

Fransalı diplomat Nikol Paşinyanın milliyətçi ermənilərin təsiri ilə Azərbaycan və Türkiyəyə qarşı təcrid siyasəti yürütdüyünü və hal hazırda yol ayrıcında olduğunu bildirib.

Rəsmi İrəvanın hansı yolu tutacağı sualına isə Lambert öz məqaləsində cavab tapmağa çalışıb:

“Fransanın vəzifəsini yerinə yetirməsi vacibdir. Təxminən otuz ildir ki, Fransa, ATƏT-in Minsk Qrupunda üç həmsədrdən biri kimi fəaliyyətini davam etdirir. Həmin qrupun diplomatik uğursuzluğu ötən il iki qonşu arasında Azərbaycanın suverenliyinin bərpası ilə başa çatan müharibədə önəmli faktor idi. Ancaq bölgədə uzunmüddətli sülh hələ də bərpa edilməyib. Lakin Fransanın artıq manevr etmək imkanı var.
 

İndi yalnız Cənubi Qafqazın gələcəyi deyil, həm də Fransanın "vicdanlı vasitəçi" kimi beynəlxalq nüfuzu təhlükədədir. Fransa indi bölgəyə öz yanaşmasını yenidən balanslaşdırmağa çalışmalıdır. 


Hələlik Ermənistan iqtisadiyyatı şikəst olaraq qalır. Dörd beynəlxalq sərhəddən üçü Türkiyə, Azərbaycan və hətta Gürcüstanla ticarətə bağlıdır. Yalnız dördüncüsü - İranla sərhədlər açıqdır. Bu vəziyyətdə Ermənistan, onu asılı vəziyyətdə saxlamaqla öz maraqlarına xidmət edən Rusiyaya çox güvənir. Cənubi Qafqazda münasibətləri normallaşdırmağın, sərhədləri açmağın və həyati əhəmiyyətli nəqliyyat əlaqələrini yenidən qurmağın isə vaxtı gəlib”.

Fransanın diplomatik nüfuzu ilə yanaşı, birbaşa Fransanın iqtisadi maraqları məsələsinə də toxunub:

“Qarabağ problem Cənubi Qafqazın inkişafına mane olurdu. Lakin indi Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin iqtisadi inkişaf potensialı böyükdür. Əgər rəsmi Paris etibarlı vasitəçi imicini bərpa edə bilərsə, Qarabağda iqtisadi infrastrukturun qurulmasında Fransa şirkətləri də iştirak edə bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

“Krım Platforması”nda KİMLƏR Rusiyaya qarşıdır? – SİYAHI


Fransız diplomat sülhün Ermənistan üçün də vacib olduğunu, eyni zamanda rəsmi Parisin İrəvan üzərindəki nüfuzundan istifadə edərək bölgədə sabitliyin yaranmasına yardım etməsi üçün lazımi vaxtın gəldiyini qeyd edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO