Azərbaycanlı general Moskvada açılışda - VİDEO

Azərbaycanlı general Moskvada açılışda - VİDEO

Hazırda oxunan: Azərbaycanlı general Moskvada açılışda - VİDEO

0:00
0:00
33996

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO