Ümumdünya Humanitar Yardım Günü ilə bağlı ÇAĞIRIŞ 

Ümumdünya Humanitar Yardım Günü ilə bağlı ÇAĞIRIŞ 

Hazırda oxunan: Ümumdünya Humanitar Yardım Günü ilə bağlı ÇAĞIRIŞ 

33412

“Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox soydaşımız öz doğma yurdlarından didərgin düşərək, uzun illər humanitar fəlakətlə üzləşib, qaçqın və məcburi köçkün həyatı yaşayıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatından 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə bağlı paylaşımında qeyd olunub. 

Bildirilib ki, bu gün işğaldan azad olunan ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə yerləşdirilən minalar, onların aşkarlanması və zərəsizləşdirilməsi sahəsində çalışan şəxslərin həyatını hər an təhlükədə saxlamaqla yanaşı, həmin ərazilərə səfər edən şəxslər və mülki əhali üçün humanitar fəlakət olaraq qalmaqdadır: 

“Biz dünyada baş verən humanitar fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün çalışan hər kəsə öz ehtiramımızı bildirir və bu yolda həyatını itirmiş insanların xatirəsini hörmətlə yad edir, beynəlxalq ictimaiyyəti təhlükəsiz və daha yaxşı dünyanın qurulmasına dəstək verməyə çağırırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO