“Sərhəddəki erməni təxribatlarının hədəfi Bakı deyil” – Tofiq Zülfüqarov SİYASİ SİRRİN ÜSTÜN AÇDI

“Sərhəddəki erməni təxribatlarının hədəfi Bakı deyil” – Tofiq Zülfüqarov SİYASİ SİRRİN ÜSTÜN AÇDI

Hazırda oxunan: “Sərhəddəki erməni təxribatlarının hədəfi Bakı deyil” – Tofiq Zülfüqarov SİYASİ SİRRİN ÜSTÜN AÇDI

33214

“Ermənistan-Azərbaycan münaqişəsi xarici fövqəl dövlətlər üçün idarəetmə üsuludur. Yəni, regionda olan ölkə və proseslərə təsir etmək üçün onu formalaşdırıblar. İndiyəcən bu, bölgəni idarə etmək üçün istifadə olunub. Şərh etdiyimiz məsələyə bu nöqteyi-nəzərdən baxmalıyıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri eks xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov canlı yayımların birində səsləndirib. Onun fikrincə, hazırda bu mövzuya aid əsas proseslər Ermənistanda baş verir:

“Seçkilər bitdi, hökumət formalaşıb və Qərb indi birmənalı olaraq Paşinyandan ciddi addımlar gözləyir. Addımlar nədən ibarətdir?

İlk növbədə, Nikol Rusiyanın Ermənistanda olan hərbi-siyasi təsir vasitələrini azaltsın və qərbyönümlü siyasətə keçsin. Nikol hökumətinə bu istiqamətdə təzyiqlər artıq başlayıb. Amma Rusiyada mövqelərini qorumaq üçün ənənəvi siyasətini davam etdirir”.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin verdiyi son mesajlar Tofiq Zülfüqarovun baxış bucağından... – ÖZƏL ŞƏRH


Tofiq Zülfüqarov sual verib ki, Kreml İrəvanla hazırkı kimi yaxın idisə, müharibə zamanı niyə ermənilərin yanında olmadı?

Bu sualın cavabını politoloq Rusiya-Türkiyə əməkdaşlığı və rəqabəti ilə izah etdi:

“Onların rəqabət zonasına Cənubi Qafqazdan sonra daha bir nöqtə əlavə olunub. Bu da Əfqanıstandır. Rusiyanın indiki məqamda siyasətini dəyişib Azərbaycana qarşı hansısa addımlar atması ehtimal olunmur. Bəzi addımlar görüntü üçün atılır. Bunu əsasən ermənipərəst bəyanatlarda görürük. 
 

Cənab Prezident də yaxşı sual verib ki, Rusiya Ermənistana müəyyən silahlar söz verib, bəs məqsəd nədir? Yeni müharibəyəmi hazırlaşırsınız? Situasiyanı bu fonda təhil etməliyik.


Ermənistanın indiki siyasəti sanki ötən ilin yayındakı siyasətinin təkrarıdır. Amma təbii ki, yeni təmas xəttində. Ermənistan tərəfi hər yolla Azərbaycana qarşı təxribatlar reallaşdırmağa çalışır. Lakin bu təxribatların hədəfi Bakı deyil. İrəvan bu yolla Rusiya siyasətini sınaqdan keçirtmək istəyir. Ona görə də keçən ilki duruma oxşayır.

Ortaya bir sual çıxır – bəs bunun nəticəsində nə olacaq? 

Yəni, keçən ilin ssenarisi təkrar olunacaqmı, yoxsa yox? Bu çox məntiqli və maraqlıı bir sualdır. Hesab edirəm ki, Ermənistan və Paşinyan bu təxribat siyasətində axıra kimi gedəcəklər. Çünki onlar yenə də isbatlamaq istəyirlər ki, Rusiya onların müttəfiqi deyil. Və birmənalı olaraq Kremldən əl çəkib qərbyöbnümlü siyasətə keçdiklərini açıqlamaq istəyirlər.

İrəvanın məntiqi bundan ibarətdir. Moskva görüşü həm də Rusiyanın Ermənistandan tələbidir ki, İrəvan Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO