"Bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır" – İLHAM ƏLİYEV

Hazırda oxunan: "Bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır" – İLHAM ƏLİYEV

33031

"Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Və beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq üçün və özləri üçün gediş-gəlişi daha rahat etmək üçün bu yolu çəkdilər".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib.

"Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışdılar.

Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək Vardenis qoymuşdur.
 

MÖVZU İLƏ BAĞLI:

Arıçılar İlham Əliyevə Kəlbəcər balı hədiyyə etdi - VİDEO



Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir", - dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO