Sahibə Qafarova pakistanlı həmkarlarını təbrik etdi

Sahibə Qafarova pakistanlı həmkarlarını təbrik etdi

Hazırda oxunan: Sahibə Qafarova pakistanlı həmkarlarını təbrik etdi

32727

Avqustun 14-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə təbrik məktubları ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin Mətbuat xidməti yayıb. 

Milli Məclisin sədri dost və qardaş Pakistan xalqını bu ölkənin milli bayramı - Pakistanın Müstəqillik Günü münasibətilə şəxsən öz adından və Milli Məclisin bütün üzvləri adından təbrik edib. 

Məktublarda deyilir ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsinə əsaslanır və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərimiz yüksək səviyyədədir. 

Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin ali qanunvericilik orqanları arasındakı qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə bundan sonra da öz töhfələrini verəcəyinə əminliyini ifadə edib, dost və qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO