“30 il ərzində ATƏT-in Minsk qrupu bu problemin cözülməsinə yaxınlaşmadı. Azərbaycan xalqının səbiri tam tükənmişdi. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Belə də oldu. Azərbaycan tarixi torpaqlarını azad etdi”.
Bizim.Media-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk”-ə müsahibəsi zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: Azərbaycan Qurtuluş savaşından başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi
O, qeyd edib ki, Ermənistan tərəfi hər zaman danışıqlar prosesini pozub. Müharibə başlanmazdan əvvəl ötən ilin iyul və avqust ayında da atəşkəsi pozub.
MÖVZU İLƏ BAĞLI:
Mehriban xanım rica etdi ki, “Nə oldu” Paşinyan” deməyim” – İlham Əliyev
Prezident Ermənistan tərəfindən sivil əhali ölmünün çox az olduğunu bildirib. Qeyd edib ki, bu da Azərbaycan tərəfinin müharibəni ləyaqətlə aparmasının təzahürüdür.
Bizim.Media