44 günlük savaşda müəyyən silahlar sınaqdan keçirilib və Azərbaycan hansı ölkənin sursatlarının daha effektiv olduğunu bilir.
Təsadüfi deyil ki, Azərbaycan hakimiyyəti 2 milyard dollarlıq İsrail silahının alınması ilə bağlı danışıqlar aparır.
Bizim.Media danışıqların hansı silahlar ətrafında getdiyinin məxfi saxlanıldığına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovla əlaqə saxladı.
Ekspert bildirdi ki, İsrail hər zaman Azərbaycanın haqq işini, ərazi bütövlüyünü tanıyıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan İsraildən 2 milyard dollarlıq silah alır
Bütün sahələrdə olduğu kimi İsrail və Azərbaycan arasında hərbi əməkdaşlıq da mövcuddur. İsrailin hərbi sənaye kompleksi isə dünyanın ən inkişaf etmiş komplekslərindən biridir.
Azərbaycan üçün də İsrailin istehsalı olan hərbi avadanlıq həmişə diqqət mərkəzində olub. Bununla yanaşı Azərbaycanın müdafiə sənayesi İsrailin hərbi sənaye komleksi ilə sıx əlaqədədir. Birgə layihələr var və birgə məhsullar buraxılır.
Şair Ramaldanovun fikrincə, Azərbaycan və İsrail arasında hərbi sənayeyə aid növbəti danışıqlar, yaxud silah alınması məhz bu prinsiplər əsasında olacaq:
“Azərbaycan ordusunun hansı silah və avadanlıq alacağını artıq bilirik - istər HHM (hava hücumundan müdafiə), istər artilleriya-raket sitemləri olsun, zirehli texnika, hava qüvvələri, PUA (pilotsuz uçuş aparatı) olsun. Düşünürəm ki, yeni alınacaq avadanlıq silahlı qüvvələrin əsas növlərinə şamil olunacaq. Müharibədən sonra Prezident İlham Əliyev belə bir söz işlətdi ki; biz indi biləyəcəyik, kim bizim dostumuzdur, kim yox”.
Anar Rəhimov, Bizim.Media