Rusiya Müdafiə Nazirliyindən KOBUD SƏHV - FOTOFAKT

Rusiya Müdafiə Nazirliyindən KOBUD SƏHV - FOTOFAKT

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyindən KOBUD SƏHV - FOTOFAKT

32554

Rusiya Müdafiə Nazirliyi rəsmi surətdə Qarabağda qanunsuz yerləşdirilən Ermənistan ordusunu “Dağlıq Qarabağın silahlı birləşmələri” adlandırıb.

Bizim.Media xəbər verir ki, Rusiyanın müvafiq nazirliyinin rəsmi saytında informasiya bülleteni yayılıb.

Həmin məlumatda bildirilir ki, son sutkalarda atəşəs bircə dəfə pozulub:

“Avqustun 11-i saat 7:29-dan 7:58-ə kimi Azərbaycan ordusu Dağlıq Qarabağın erməni birləşmələrinin mövqelərini iki dəfə atəşə tutub”.

Rusiya müdafiə nazirliyinin məlumatında “Dağlıq Qarabağ” ifadəsi işlənib, sülhməramlıların məsuliyyət zonasındakı erməni silahlıları qanunsuz hərbi birləşmələr adlandırılmayıb. Bundan başqa ruslar atışma qeydə alınan Şuşanın Sarıbaba kəndini Yexstahoq olaraq qeyd ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?


Yexstahoq Sarıbabaya ermənilər məskunlaşdırıldıqdan sonra kəndə verilən ad olub.

Bütün bunlar vasitəçi rolunu üzərinə götürən Kremlin də üçtərəfli bəyanatın şərtlərinə əməl etmədiyinə sübutdur. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO