Karapetyanın hədə-qorxusu – Azərbaycan nə etməlidir? - Tofiq Abbasovdan ERMƏNİ RESEPTİ

Karapetyanın hədə-qorxusu – Azərbaycan nə etməlidir? - Tofiq Abbasovdan ERMƏNİ RESEPTİ

Hazırda oxunan: Karapetyanın hədə-qorxusu – Azərbaycan nə etməlidir? - Tofiq Abbasovdan ERMƏNİ RESEPTİ

32533

“Ermənilər heç vaxt ipə-sapa yatmayacaqlar. Çünki öz beyinləri işləmir və istəkləri həmişə layiq olduqlarından qat-qat artığı olub. Bu isə xəstəliyin təzahürüdür”. 

Politoloq Tofiq Abbasovun Bizim.Media-ya eksklüziv açıqlamasının əvvəli bu fikirlərlə başlayır.

Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın sərt çıxışlarına münasibət bildirən Tofiq Abbasov ermənilərin belə sərsəm fikirlərinin Azərbaycanda sadəcə, xırda qıcığa səbəb olduğunu dilə gətirdi:
 

“Yəni, onları ciddi qəbul etməyin və strateji əhəmiyyət verməyin mənası yoxdur. İndi Rusiya onlara bir qədər kart-blanş verib ki, ordunu bərpa etsinlər.


Ermənistan ordusu isə demək olar ki, yox səviyyəsindədir. Bilirsiniz, onlar yaxınlaşdıqları qırmızı xətti ötə bilmədilər. Həmin kritik xətdə dayandıqları məqamda Azərbaycan bunların belini qırdı. Sözün əsl mənasında belini sındırdı. Ona görə də bundan sonra onlar nə deyirlər desinlər, hansı hədə-qorxunu gəlirlər gəlsinlər, bunun heç bir əhəmiyyəti yoxdur. Bütün dünyada rüsvay oldular, işğalçı siyasət getdi, status rədd oldu, təmas xətti yoxdur”.
 

MÖVZU İLƏ BAĞLI:

II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR


Politoloqun fikrincə, ermənilərin səsini tam kəsmək üçün Azərbaycanın həll etməli olduğu cüzi məsələlər qalıb.

“Çünki bunların səsi çıxanda tək özlərini yox, başqalarını da çaşqın vəziyyətə salırlar. Onsuz da bunlar başıpozuq siyasət aparan xalqdır. Onların sağlam qüvvələrinin hamısı ölkədə qaçıb gedir.

Qaçan ermənilər anlayır ki, kütləvi psixoz şəraitində normal hakimiyyət sistemi qurula bilməz. Heç normal idarəçilikdən də danışmaq yersizdir ki, normal inkişaf da mümkünsüzləşir. Ermənistandan qaçan ermənilər bunları bilir.
 

Təzə gələn nazir də olan-qalan vəsaitlərini silahlara verəcək.


Bir halda ki, o silahlar onlara heç bir yüngüllük gətirməyəcək, dərdlərinə dərman olmayacaq, qoy, xərcləsinlər. Sadə erməni xalqının cibindən gedir. Artıq gözəl bilirik ki, səhv yolda olan insnaları (düşmənləri) düz yola çəkməyin mənası yoxdur. Əksinə, onlara mane olmaq lazım deyil ki, qoy uçuruma doğru sürətlə getsinlər. Biz bunu etməliyik”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO