Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi ilə görüşdü - FOTO

Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi ilə görüşdü - FOTO

32072

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi qəbul edib.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Nümayəndəliyin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Aleks Haykens öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edib və Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycan və UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu bildirib. Eyni zamanda, Nümayəndəliyin rəhbəri hər bir uşağın keyfiyyətli təhsilə çıxışının olmasının əhəmiyyətini qeyd edərək, qlobal COVID-19 pandemiyası dövründə UNICEF tərəfindən bu xüsusda görülən işlərdən geniş bəhs edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO