İlham Əliyevdən Fövqəladə Hallar Nazirliyi ilə bağlı FƏRMAN

İlham Əliyevdən Fövqəladə Hallar Nazirliyi ilə bağlı FƏRMAN

Hazırda oxunan: İlham Əliyevdən Fövqəladə Hallar Nazirliyi ilə bağlı FƏRMAN

31897

İdman, gəzinti və baş mühərriklərinin gücü 55 kVt-dan az olan digər özühərəkətedən gəmilərdə və tutumu 80 tondan az olan özühərəkətetməyən gəmilərdə zəruri olan gəmi sənədlərinin siyahısını, onların verilmə və aparılma qaydasını Fövqəladə Hallar Nazirliyi müəyyən edəcək.

Bizim.Media-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.

Təsnifat cəmiyyətləri öz səlahiyyətləri çərçivəsində sərnişin, yük-sərnişin, maye yük daşıyan, yedəkçi gəmilərinə, habelə baş mühərriklərinin gücü 55 kVt-dan az olmayan digər özühərəkətedən gəmilərə və qeyri-kommersiya məqsədləri üçün istifadə edilən idman və gəzinti gəmiləri istisna olmaqla, tutumu 80 tondan az olmayan özühərəkətetməyən gəmilərə texniki nəzarəti həyata keçirirlər.

Tutumuna və baş mühərrikinin gücünə görə bu müəyyənləşdirilmiş qaydaların tətbiq edilmədiyi gəmilərə texniki nəzarət Fövqəladə Hallar Nazirliyi müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Fərmana əsasən, xilasetmə əməliyyatlarının əlaqələndirilməsi də Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO