Türkiyə 35 milyard dollarlıq ZİYANDAN necə çıxacaq? - ŞƏRH

Türkiyə 35 milyard dollarlıq ZİYANDAN necə çıxacaq? - ŞƏRH

Hazırda oxunan: Türkiyə 35 milyard dollarlıq ZİYANDAN necə çıxacaq? - ŞƏRH

31864

İlkin qiymətləndirmələrə görə, yanğınlar Türkiyə iqtisadiyyatına 300 əmilyard lirə (34 milyard 800 milyon dollar) ziyan vurub. Bu haqda qardaş ölkədə yerli mətbuat xəbər yayıb. Daha konkret rəqəm isə yanğınlar tam başa çatdıqdan sonra rəsmi ekspert qiymətləndirmələri nəticəsində bəlli olacaq. 

Bizim.Media xəbər verir ki, deputat-iqtisadçı Vüqar Bayramov isə hesab edir ki, bütün hallarda dəymiş ziyanın məbləğı böyükdür və bu Türkiyənin mövcud valyuta ehtiyatlarının yarısından çoxunu təşkil edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki yanğınların icraçısı bəllidir, bəs sifarişçi kimdir? – Fikrət Sadıxovdan İLK İKİ EHTİMAL


Bu barədə “Facebook” hesabında şərh verən deputat qardaş ölkənin bu ziyanı da kompensasiya etmək və sınaqdan çıxmaq gücünə malik olduğunu vurğulayıb:

“Belə gözlənilməyən ziyanlar istənilən ölkədə dövlət yığımlarını azaldır və potensial investisiya layihələrinin sayına təsir edir. Əslində, pandemiya təsirlərinə baxmayaraq Türkiyə 2021-ci ilə pozitiv tendensiya ilə başlamışdı. Bu ilin ilk 5 ayının yekunlarında qardaş ölkədə sənaye istehsalı indeksi illik 40.7, aylıq isə 1.3 faiz artmışdı. Ümumi Daxili Məhsul isə bu ilin birinci yarısında rekord səviyyədə 7.0 faiz böyümüşdü. Həmim müddətdə informasiya və kommunikasiya sektoru isə 18.1 faiz artaraq Türkiyə iqtisadiyyatında ən çox böyümə ilə yadda qalmışdı. Aqrar, meşə və balıqçılıq sektorunda isə 7.5 faiz böyümə qeydə alınmışdı. Bu isə ondan xəbər verirdi ki, 2020-ci ildə iqtisadi artım tempini qoruyub saxlaya bilən Türkiyədə bu ildə də iqtisadi hədəflər kifayət qədər böyük idi”.

Vüqar Bayramov əlavə edib ki, yanğınların neqativ təsirlərinə rəğmən Türkiyənin daha qısa zamanda iqtisadi ziyanları aradan qaldıra biləcəyi gözlənilir:

“Amma bütün hallarda, qardaş ölkəyə dəyən belə ziyanlar Türkiyənin iqtisadiyyatı üçün uzun müddətli dövrdə də arzuolunan deyil”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO