Cümşüd Nuriyev: \

Cümşüd Nuriyev: \"Bəzi deputatlar oğru dünyasının jarqonlarından istifadə edirlər\"

Hazırda oxunan: Cümşüd Nuriyev: \"Bəzi deputatlar oğru dünyasının jarqonlarından istifadə edirlər\"

31859

Millət vəkili Etibar Əliyev həmkarı Fazil Mustafanın “ağzıgöyçəklər” yazısına qalmaqallı rəy yazıb. Həmin rəydə mübahisə doğuran məqamlardan biri də “ele bil ki, deputatlıarın bunların qarşısında öhdəliyi var” cümləsidir. 

Ümumiyyətlə, deputatların insanlar qarşısında öhdəliyi varmı? Millət vəkilinin millətin qarşısında hansı öhdəlikləri var? Yoxsa belə bir öhdəlik mövcud deyil? Eks deputat kimi nə deyə bilərsiniz?

“Həm mövcud qanunvericiliyə, həm də deputatın statusu haqqında qanuna görə hər bir millət vəkilinin həm öz seçiciləri, həm də millət qarşısında öhdəliyi var. Bu öhdəliklər nədən ibarətdir?”

Bizim.Media-nın sualınI cavablandıran eks deputat Cümşüd Nuriyev bildirdi ki, millət vəkilləri xalq tərəfindən seçildiyinə görə onlar ilk növbədə xalqla dövlət arasında körpü rolunu oynamalıdırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Etibar Əliyev Fazil Mustafanın statusunda seçiciləri təhqir etdi - FOTOFAKT


Bu, birmənalıdır. Seçicilər də millətin nümayəndələridir:

“İkincisi, hər bir millət vəkili müxtəlif dövlətlərlə olan dostluq komissiyalarının üzvləri, yaxud sədrləri olur. Onlar Azərbaycan dövləti ilə həmin ölkə arasında münasibətlər qurur və Azərbaycan millətini təmsil edir. Üçüncüsü, millət vəkillərinin beynəlxalq qurumlarda (AŞPA, NATO və s.) təmsilçilik hüququ var. Əgər hər hansı bir deputat öz millətini təmsil etmək hüququna malikdirsə, onun millət qarşısında həm öhdəliyi var, həm də vəzifələrini yerinə yetirmək haqqında məsuliyyəti mövcuddur. Ona görə də kimsə bundan qaça bilməz.

Çünki onların adı millət vəkilidir. Elə belə vəkil deyil. Amma təəssüf ki, bizim parlament üzvlərinin bəziləri həm ifadələrində həddən artıq kobud, daha doğrusu, oğru dünyasının jarqonlarından istifadə edirlər. Bu da onların səviyyəsizliyindən irəli gələn bir şeydir. Həm də onların qanunvericilikdən xəbəri yoxdur. Keçən il seçilən Milli Məclisdə təxminən 40 nəfərə qədər yeni millət vəkili var. Etiraf edək ki, onların içərisində 10-15 nəfəri çox yüksək səviyyəlidir. Bizim orada səviyyəli alimlər, ziyalılar, jurnalistlərimiz var. Amma təəssüf ki, həm də səviyyəsiz parlamentarilər mövcuddur.

Bunlar danışıqlarında da xalqı aşağılayırlar. Sanki onlar bu xalqa mənsub deyillər. Həmçinin onlar mətbuata çıxışlarında hədən artıq qızışdırıcı mövqedə dururlar”.


Cümşüd Nuriyevin fikrincə, hazırda Azərbaycana deputatların belə mövqeyi utandırıcıdır. Zəfər çalmış bir xalqın deputatı zəfər dilində danışmalıdır:

“Zəhər dilində yox! Əfsus ki, bəzi deputatlarımız zəfərlə zəhəri dəyişik salıblar. Biri gedir ictimai yerdə bir vəkili döyür, başqası gedir kiminsə uşaqlı qadınını qaçırıb gətirir, biri gedir polisi döyür. Biri də bu cür səviyyəsiz çıxışlar edir. Ayıbdır, bunlar nə Azərbaycan xalqına, nə də parlamentə yaraşır. Partlament dövlətin simasıdır. 3 əsas dayağından biridir. Əgər bu çürük adamlar, yəni, belələrinə başqa ad tapa bilmirəm, dayağın içindədirsə, dayaq özü də hörmətdən düşür. Bunların bizi hörmətdən saldığı kimi”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO