Azərbaycanla Ermənistan arasında sülhə mane olan nədir? – Fikrət Sadıxovdan ŞƏRH

Azərbaycanla Ermənistan arasında sülhə mane olan nədir? – Fikrət Sadıxovdan ŞƏRH

Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında sülhə mane olan nədir? – Fikrət Sadıxovdan ŞƏRH

31830

Saxta yanğın ittihamından sonra Naxçıvanın atəşə tutuldu. Ermənilər əlçatan bütün nöqtələrə hücum edirlər. Onlarla sülh şəraitində yaşamaq olacaqmı?

“İş orasındadır ki, biz qələbə çalandan sonra öz təkliflərimizi irəli sürmüşük və onlara sülh sazişi imzalamaq təklifi ilə çıxış eləmişik. Yəni ki, biz hətta demişdik ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları ola bilər. Hüquqlardan istifadə edə bilərlər. Biz onlara əl uzadaraq bir sıra məsələlərin həllində öz humanitar addımlarımızı atmağa hazır olmağımızı təklif etmişik” deyən poltoloq Fikrət Sadıxov əlavə etdi ki, dövlətlər arasında demarkasiya olunmuş sərhədlər olmalıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki yanğınların icraçısı bəllidir, bəs sifarişçi kimdir? – Fikrət Sadıxovdan İLK İKİ EHTİMAL


Bizim.Media ilə dialoq zamanı politoloq sonda qeyd olunanı reallıq adlandırdı və bildirdi ki, Ermənilər bütün bu məsələlərdən boyun qaçırır:

“Niyə? Ona görə ki, bunların əsas sənəd və proqramlarında Azərbaycana qarşı iddialar indiyənə qədər aradan götürülməyib. Onlar indiyədək bizim bir sıra məntəqə, şəhər, ərazilərimizi Ermənistan torpaqları hesab edirlər. Bu iddialar aradan götürülməyənə qədər düşünmürəm ki, biz sülh şəraitində yaşaya, nəbilim əməkdaşlıq edə bilək, müxtəlif istiqamətlərdə münasibətlərimiz inkişaf etsin. Yəni, bizdən asılı olan addımlar atılıb, onların belə yanaşması isə ümidverici deyil. Bu mövzuda optimist yanaşmamız yersiz olar”, - deyə Fikrət Sadıxov münasibətini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO