Etibar Əliyev Fazil Mustafanın statusunda seçiciləri təhqir etdi - FOTOFAKT

Etibar Əliyev Fazil Mustafanın statusunda seçiciləri təhqir etdi - FOTOFAKT

Hazırda oxunan: Etibar Əliyev Fazil Mustafanın statusunda seçiciləri təhqir etdi - FOTOFAKT

31758

"Azərbaycanda el arasında ümumişlək bir söz var: ağzıgöyçək. Burada anlaşılan məcazi məna əsasən dedi-qodu üzərindən boş-boş mühakimə yürüdən şəxsləri işarə edir. Yəni kişili, qadınlı əsassız ittiham irəli sürən, rəy söyləyən hər kəsi bu anlayışın içində təsəvvür etmək mümkündür".

Bizim.Media xəbər verir ki, bu sözlər millət vəkili Fazil Mustafanın "Facebook" statusunun əvvəlidir. 

Yazının ardında deputat Milli Məclisin sədri Sahibə Qafarovanın İran prezidentilə görüşdə Azərbaycan bayrağının olmamasının izahını verib ki, xaricdə səfərdə olan parlament sədri ilə prezidentin görüşündə yalnız həmin ölkənin liderinin bayrağı yer alır. 
 

MÖVZU İLƏ BAĞLI:

“Bu adamların həyatda özləri xoşbəxt olmayıb, heykəlləri xoşbəxtdir “ – DEPUTAT


Fazil Mustafanın səs-küy yaradan statusundakı ikinci ajiotaj isə digər deputat Etibar Əliyevin rəyidir. Çünki bu rəydə sadə insanlar təhqir olunub:

"Təşəkkürlər Fazil bəy! Bir qrup adam var, ala qancıq tayadan düşməmiş düşürlər deputatların üstünə. Elə bil ki, deputatın bunların qarşısında öhdəliyi var. Olmayan ağılları, olmayan əxlaqları ilə bizə dərs keçməyə çalışırlar".

Kobud ifadələrlə yanaşı millət vəkilinin ən qəbulolunmaz fikiri "Elə bil ki, deputatın bunların qarşısında öhdəliyi var" cümləsidir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO