Rusiyalı hərbçilər sərhədimizdə - Nə etməliyik?

Rusiyalı hərbçilər sərhədimizdə - Nə etməliyik?

Hazırda oxunan: Rusiyalı hərbçilər sərhədimizdə - Nə etməliyik?

31715

“Rusiya öz hərbçilərini hələ ki, sərhədin delimitasiya və demarkasiya olunmuş hissələrinə göndərmir. Rusiya sərhədçiləri Tovuz istiqamətində görünməyə başlayıblar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Ermənistan normal dövlət olsaydı delimitasiya və demarkasiya işləri yekunlaşandan sonra o biri tərəfdə hansı ölkənin sərhədçilərinin xidmət çəkəcəyi Azərbaycanı çox maraqlandırmamalı idi:

“Ancaq yenə də Ermənistanın Türkiyə və İranla sərhədi ilə Azərbaycanla sərhədi arasında fərq var. Ermənistanın Türkiyə və İranla sərhədində insident baş vermir.
 

MÖVZU İLƏ BAĞLI:

10 noyabr razılaşmasının pozulan bəndləri – HANSILARDIR?


Kim zəmanət verə bilər ki, Ermənistan ordusu Azərbaycanla sərhədə təxribat törədib rusiyalı sərhədçilərin arxasında gizlənməyəcək?

Misal üçün rusiyalı hərbçilər Qarabağdadırlar. Ancaq elə rusiyalı hərbçilərin nəzarət etdiyi ərazilərdən Şuşa atəşə tutuldu. Bu hallar sərhəddə də baş verə bilər. Bu mənada rəsmi Bakının Moskvadan müxtəlif kanallarla hesabat istəməyə haqqı çatır. Kremlə ən azı iki sual ünvanlanmalıdır:

Rusiya öz hərbçilərini hansı məqsədlə Ermənistan-Azərbaycan sərhədində yerləşdirir? Rusiya hərbçiləri onların nəzarət etdiyi Ermənistan ərazisindən Azərbaycana qarşı hər hansı təxribatın baş verməyəcəyinə təminat verirmi?”

Politoloq qeyd olunan suallara cavab olaraq məsələni belə şərh edib:

“O tərəfdən bizə qarşı təxribat baş verərsə, biz cavab vermək məcburiyyətində qalacağıq. Bunun məsuliyyəti isə artıq Rusiyanın üzərində olacaq. Belə çıxacaq ki, İrəvan Rusiya ilə Azərbaycanı üz-üzə qoyur. Rusiya sözdə bizə müxtəlif vədlər verə bilər. Ancaq reallıq fərqlidir.

Rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti bir mərhələyə qədər davam etdirə bilər. Hazırda elə bir mərhələyə gəlmişik ki, strateji tərəfimizlə çalışmalarımızı genişləndirməliyik. Prezident İlham Əliyev özü hər dəfə vurğulayır ki, “dünyada Türkiyə-Azərbaycan ittifaqının bənzəri yoxdur”, “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” və s.

Demək təhlükəsizlik siyasətini bu tezislər əsasında formalaşdırmalıyıq. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirirsə, Azərbaycanla sərhəddə hərbçilərini yerləşdirirsə, biz niyə eyni işi Türkiyə ilə görməməliyik? 

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan cəmiyyəti və siyasi palitrası rusiyalı hərbçilərin vaxtları bitəndən sonra Qarabağdan çıxmasını istəyir:
 

“Hakimiyyətin də istəyir budur, əks halda Xarici İşlər Nazirliyinin açıqlamalarında “Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi yer almazdı. Ancaq Moskva, İrəvan və Qarabağdakı erməni separatçıları rusiyalı hərbçilərin bölgədə daimi qalmasını üçün əllərindən gələni edəcəklər, müxtəlif təxribatlar da istisna deyil.


Odur ki, rusiyalı hərbçilərin torpaqlarımızdan çıxması üçün bizə Türkiyənin diplomatik və hərbi dəstəyi lazım gələcək. Bu prosesə isə indidən başlamaq lazımdır. İlk addım rusiyalı hərbçilərin sərhəddimizdə yerləşdirilməsinə düşünülmüş və gələcəyə hesablanmış cavabımız olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO