İranın Azərbaycan efirinə MÜDAXİLƏSİ – “Onların məqsədi iğtişaş salmaqdır”

İranın Azərbaycan efirinə MÜDAXİLƏSİ – “Onların məqsədi iğtişaş salmaqdır”

Hazırda oxunan: İranın Azərbaycan efirinə MÜDAXİLƏSİ – “Onların məqsədi iğtişaş salmaqdır”

31609

İnsan düşüncəsini istənilən mövzuya yönləndirmək, onun fikrini hansısa məsələdə dəyişmək üçün media vasitələrindən istifadə etmək hər zaman aktual olub. 

Bu cür təbliğat bir ölkənin digər ərazidə öz maraqlarını güdən, xüsusi siyasi anlam daşımaq üçün də geniş istifadə edilə bilir. Belə təbliğatın qurbanlarına isə əsasən gənclər çevrilir.  Keçmiş zamanlarda belə gizli missiya üçün, gizlicə insanları min bir əziyyətlə qruplar şəklində yığıb, gecə iclasları edirdilərsə, müasir dövrdə bu xeyli asanlaşıb.

Hazırda bu məsələdə radiotezliklərə müdaxilə etməklə, başqa bir ölkənin efir məkanını zəbt edib asanlıqla həyata keçirmək mümkündür.

Azərbaycan efir məkanına isə ən böyük müdaxiləni cənub qonşumuz İran həyata keçirir. İran radio stansiyaları 5 kilovat gücündə çalışmalı olduğu halda, 20 kilovat gücündə işləyir. Bundan başqa qeyri-qanuni, protokolların pozulmasına baxmayaraq, onların stansiyaları dağların başına qoyulduğu üçün Azərbaycan efir məkanına asanlıqla müdaxilə edə bilirlər.
 

MÖVZU İLƏ BAĞLI:

İranın daxilindəki “URAN” – İslam dövləti niyə yeniləşə bilmir?


Politoloq Cümşüd Nuriyevlə məsələnin zərərli amilləri haqqında söhbətləşdik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu məsələ xüsusi diqqətə alınmalıdır, çünki informasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi kimi dəyərləndirilir:

“Bunların təbliğatı o qədər güclüdür ki, artıq bizim bəzi din xadimlərimiz İranın dini geyimlərindən istifadə edib, onların ləhcəsi ilə danışırlar.

Onlar açıq şəkildə düzgün olmayan dini etiqadı təbliğ edirlər. Təbii ki, bunun arxasında İrandakı bəzi qüvvələrin maraqları durur. Bununla onlar bir növ Azərbaycanı öz nəzarətlərinə keçirmək istəyirlər. Bu daxildə din adamları arasında ixtişaş yaradır. Onların məqsədi də budur. Hətta Bakının mərkəzində də bu cür təbliğatlar var”.

Politoloq həmçinin qeyd edib ki, bu müdaxilə Azərbaycanın böyük Zəfərindən sonra daha da aktivləşib:
 

“Bu qüvvələr belə məsələlərlə Azərbaycanın zəfərini kölgədə qoymaq istəyirlər. Mən düşünürəm ki, buna qarşı daha ciddi addımlar atılmalı və İranın kanallarının Azərbaycan cəmiyyətində geniş yayılmasına imkan verilməməlidir.


Azərbaycan mediasının da burada böyük dəstəyi olmalıdır. Bu məsələ daima bizim gündəmimizdə olmalıdır ki, tezliklə ona qarşı müəyyən ölçülər götürülsün.

Niyə axı bizim ölkəmizin ərazisində başqa dövlətin siyasəti yürüdülməlidir?

Bəzi qüvvələr din pərdəsi altında, şüuraltı olaraq, özlərini ali irqin nümayəndəsi hesab edib islamı parçalamaqla məşğuldurlar. 1500 ildən çoxdur ki, farslar bu siyasəti yürüdür. Hələ də o siyasəti davam etdirməkdə də maraqlıdırlar”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO