Avropa İttifaqının (Aİ) yeni hərbi doktrinası – “Aİ-nin strateji kompası” hazırlanır.
Bizim.Media-nın məlumatına görə, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel tvitter hesabında bununla bağlı paylaşım edib.
“Bu gün Aİ-yə üzv ölkələrin müdafiə nazirləri Aİ-nin daha necə güclü təhlükəsizlik təminatçısı ola biləcəyini müzakirə edirlər.
“Strateji kompas” bu məqsədə çatmaq üçün əsas elementdir”, - deyə Cozep Borrel qeyd edib.
Xatırladaq ki, bu gün Aİ müdafiə nazirlərinin videokonfransı keçirilir və bu konsepsiya orada müzakirə olunur.
Bizim.Media