Ana Vətən Partiyası Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, AVP-nin Abşeron, Cəlilabad, Sabirabad və Tərtər rayon təşkilatlarının konfransları keçirilib.
Konfransdan öncə Abşeron və Tərtər rayon təşkilatlarının konfrans iştirakçılarından bir qrupu ulu öndər Heydər Əliyevin Xırdalan və Tərtər şəhərlərində yerləşən abidələrini ziyarət ediblər.
Konfransların işində təşkilati məsələlərə baxılmış, İlham Yusif oğlu Quliyev Abşeron rayon təşkilatının sədri, Həzrətqulu Quləli oğlu Şəmiyev Cəlilabad rayon təşkilatının sədri, Malik Sayyadxan oğlu Hüseynov Sabirabad rayon təşkilatının sədri,
Mədinə Əli qızı İmanova Tərtər rayon təşkilatının sədri seçiliblər.
Konfransların gedişində Ana Vətən Partiyasının VI Qurultayına nümayəndələr seçilib.
Konfransın işində AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu, Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı, sədrin müşaviri Qalib Əhmədov, Mərkəzi Aparatın əməkdaşları Tünzalə İsmayılova və Mikayıl İbrahimov iştirak ediblər.





























































































