Jirinovski “persona non grata” elan oluna bilərmi?
“Çoxdan olunmalıydı. O, təkcə siyasi ədəbsizlik etmir, həm də şizofrenik və yelbeyin bir şəxs, siyasətdə təsadüfi bir adam olduğunu, qəlbinin başqa xalqalara qarşı kin-kidurətlə doluluğunu, hətta rus xalqını da sevmədiyini nümayiş etdirir. Bu adam Rusiya dövlətinin imicinə bir ləkədir”.
MÖVZU İLƏ BAĞLI:
Jirinovski: “Partiyamız siyasi sahədə bakirədir”
Bizim.Media-ya açqlamasında politoloq Qabil Hüseynli onu da bildirdi ki, Jirinovski pulgir adamdır və yalnız cibini, şəxsi mənfəətini güdür:
“İt kimidir. Kim yal versə, həmin kəsin göstərişilə hürən bir adamdır. Daha əvvəl də onun sarsaq fikirləri olub. Hazırda məsuliyyət hissini tamamilə itirib. O, siyasi dəllal kimi hər şeydən fayda görmək, sifarişçilərinin gözündə ucalmaq istəyir. Təmsil olunduğu siyasi mühit tam demokratik olsaydı, onu çoxdan tarixin zibilliyinə atmışdılar. Özü də o və onun partiyasından olan deputatlar xalq səsverməsilə seçilməyib. Ona Kremldən ayrılan yerlərdir. Bunun hesabına da o, bəzən Kremlin maraqlarına xidmət edən, hərdən isə zərər gətirə biləcək sərsəm fikirlərlə çıxış edir”.
Sonda politoloq, “əgər onu bir balaca sıxışdırsan, tülkü kimi quyruğunu qısıb qarşında məzlum bir görkəm alacaq. Meydanı geniş görəndə isə hədəqəsindən çıxır. Dəlidir, əməlli-başlı ipləmədir. Ağzına gələni danışacaq”, - deyə fikirlərini tamamlayıb.
Anar Rəhimov, Bizim.Media