Putindən Şimali Kipr XƏBƏRDARLIĞI – Rusiya nədən narahatdır?  

Putindən Şimali Kipr XƏBƏRDARLIĞI – Rusiya nədən narahatdır?  

Hazırda oxunan: Putindən Şimali Kipr XƏBƏRDARLIĞI – Rusiya nədən narahatdır?  

30974

Son dönəmlərdə geniş müzakirə mövzusuna çevrilən məsələlərdən biri də Şimali Kipr Türk Respublikasının müstəqil dövlət kimi tanınmasıdır. Xüsusilə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövzu ilə bağlı verdiyi açıqlamalardan sonra adada ikinci müstəqilliyin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması ciddi şəkildə qeyd olunmağa başlayıb.

Bundan əlavə, Azərbaycan rəsmilərinin adanın şimal hissəsinə səfərindən sonra rəsmi Ankaradan başqa dövlətlərdən də sözügedən məsələ ilə bağlı fikirlər gəlməyə başlayıb.

İndi də Rusiya Prezidenti Vladimir Putin Kremlin Şimali Kiprin müstəqilliyini tanıyıb-tanımyacağına aydınlıq gətirib. Belə ki, son dönəmlər Türkiyə ilə inkişaf edən münasibətlər fonunda Moskvanın məsələyə müsbət yanaşması ehtimalları olsa da Rusiya liderinin açıqlaması bütün bu proqnozların üzərindən xətt çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Putinlə Merkel bir-birini neçə dəfə TƏHQİR EDİB? - Kitabda yazılanlar...


Kreml lideri açıqlamasında Kiprdəki türklərin davranışlarının qəbuledilməz olduğunu və problemin beynəlxalq normalara uyğun həllinin vacibliyini qeyd edib.

Təbii ki, Rusiyanın bu cür mövqe tutmasının da bir sıra səbəbləri var.

Birincisi, Rusiya özü federativ respublikadır və ərazisində yaşayan bir sıra etnik azlıqların daxili idarəetmədə müəyyən sərbəstlikəri var. Əgər rəsmi Moskva Kipr məsələsində Türkiyənin mövqeyindən çıxış edərsə, tərkibində olan republikalar da eyni tələblə çıxış edə bilərlər. Bu isə, Kremlin eyni anda bir çox problemlərlə qarşı-qarşıya qalması deməkdir.

İkincisi, Moskvanın özünün də Şimali Kiprdə olduğu kimi bir sıra təcrübələri mövcuddur. Hər nə qədər Kreml tərəfindən inkar edilsə də, Ukrayna ilə Donetsk və Luqansk, eyni zamanda Gürcüstanla Abxaziya, Cənubi Osetiya, Moldova ilə isə Dnestryanı Respublika ilə Rusiyanın birbaşa bağlılığının olduğu məlumdur. Əgər Moskva Kipr məsələsində adadakı türklərin müstəqil dövlətlərini tanısa, özünün qeyd olunan fəaliyyətlərinə qarşı beynəlxalq arenadan ciddi təzyiqlər görə bilər.

Xüsusilə də, Qərblə münasibətlərin kəskinləşdiyi bir vaxtda Moskvaya yeni problem heç cürə sərf etməz.

Lakin məsələ ilə bağlı beynəxalq hüquq normaları çərçivəsindən çıxış etməklə Rusiya adıçəkilən regionlarda əlinin olmadığını nümayiş etdirmək imkanı qazanır. 
Sadalan səbəblərə görə, rəsmi Moskvanın Türkiyənin mövqeyini dəstəkləməsi mümkün deyil. Lakin sırf bu məsələnin də, Türkiyə-Rusiya münasibətlərinin gələcək seyrinə mənfi təsir göstərəcəyini iddia etmək doğru olmazdı. Xüsusilə də, son dönəmlərdə baş verən meşə yanğınlarına verilən dəstək, “S-400” raketlərinin alqı-satqısında əməkdaşlığın inkişafı, Qarabağda sülhün qorunmasındsa birgə iştirak kimi hadisələr Moskva və Ankara arasında əlaqələrin daha da möhkəmləndiyinin göstəricisidir.

Qeyd edək ki, bir neçə gün öncə də Rusiyanın məsələ ilə bağlı mövqeyini Kremlin sözcüsü Dimitri Peskov da oxşar şəkildə nümayiş etdirmişdi.

Belə ki, Peskov Moskvanın Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınmasına qarşılıq olaraq, Türkiyənin Krımı Rusiya torpağı kimi qəbul etməsi məsələsinin gündəmdə olmadığını dilə gətirmişdi.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO