Tofiq Yaqublu Ərdoğana çağırış etdi

Tofiq Yaqublu Ərdoğana çağırış etdi

Hazırda oxunan: Tofiq Yaqublu Ərdoğana çağırış etdi

30964

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu saxlandığı Bakı İstintaq Təcridxanasında vəkili Nemət Kərimli ilə görüşüb. İctimai-siyasi proseslərdə danışarkən o, PA rəsmisinin iqtidarın prezident seçkilərində təbliğat aparmayacağı haqda fikrinə də münasibət bildirib. Deyib ki, bu mövqe YAP-ın özünə inamını yox, özünə inamsızlığını göstərir:

“YAP bununla demək istəyir ki, artıq Məzahir Pənahova lazımi göstərişlərimizi vermişik, seçki gününün axşamını gözləyirik”.

Vəkilin dediyinə görə T.Yaqublu Misir hadisələrinə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın münasibəti haqda da danışıb: “Ərdoğanın “Müsəlman qardaşları”nın liderini belə inadla müdafiə etməsi, Qərbi demokratiya imtahanından çıxa bilməməkdə, “halkın oyu”nu gözardı etməkdə qınaması heç də səmimi deyil. Bəs cənab Ərdoğan Azərbaycanda “halk oyu”nun anasının ağladığını görmür? 2003-cü ildə prezident seçkilərinin nəticələrinin rüsvayçı şəkildə saxtalaşdırılmasını, onun partiyası adından AŞ-da Mövlud Çavuşoğlu legitimləşdirmədi? Niyə o, ancaq müsəlman ərəblərin hüquqlarının pozulmasından narahat olur? Necə olur ki, Xocalı soyqırımını törədən Sarkisyan çocuq qatili olmur? Ona görə də onun dediklərini səmimi qəbul etmirəm. Bu adam ağacların kəsilməsinə etiraz edən dinc adamlara divan tutur, camaat buna etiraz edəndə bunu “xarici qüvvələrin işi” adlandırır. Heç ABŞ-da dinc etirazçıya divan tutulurmu? Demokratik ölkələrdə aksiyalar dinc məcrasından çıxıb zorakılığa keçəndə sərt tədbirlər görürlər. Ərdoğan bizim iqtidar kimi bunu qarışdırır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO