“Ermənistan dövləti hərbi geyimli insanların mitinqə aparılıb ağzına "həyatımızı qurtardığı üçün Nikol Paşinyana minnətdarıq" cümləsi qoyulduğu andan öldü”.
Bizim.Media erməni KİV-nə istinadla bildiri ki, bunu Ermənistanın "Politeconomia" tədqiqat institutunun rəhbəri, politoloq Andranik Tevanyan söyləyib.
Tevanyan Paşinyanın təhlükəli oyunlar oynadığını bildirib. O deyib ki, Paşinyan dövlətə nifrət edir və öz kürsüsü haqqında düşünür:
“Dünyanın hansı ölkəsində kapitulyasiyanın və dövləti çökdürən rəhbərin müdafiəsi üçün mitinq təşkil edilib?''
''Hərbi geyimdə olan bir insan kapitulyasiyanı necə tərifləyə bilər və ölümdən qorxa bilər?”
Tevanyan deyib ki, atəşkəsin əldə edilməsi müsbət amildir, amma məğlubiyyətə tərif yağdırmaq biabırçılıqdır:
“Çoxları bunu hələ hiss etmir, ancaq “ikinci Ermənistan” dövlətini itirmişik və bütün Ermənistana az qala ölümcül zərbə vurmuşuq”.
O əlvə edib ki, Paşinyanın dünənki mitinqi ordumuzun son qırıntılarını, yəni dövlətimizin legitimliyini məhv edir.
Belə ucuz hərəkət yalnız onun ağlına gələ bilər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:16 / 19.11.2020
Erməni politoloq: “Paşinyan məğlubiyyətini tərifləyir”
Hazırda oxunan: Erməni politoloq: “Paşinyan məğlubiyyətini tərifləyir”
Hazırda oxunan: Erməni politoloq: “Paşinyan məğlubiyyətini tərifləyir”
3035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.