Rusiyadan sülhməramlıları daşıyan 200 təyyarə İrəvana gəlib

Rusiyadan sülhməramlıları daşıyan 200 təyyarə İrəvana gəlib

Hazırda oxunan: Rusiyadan sülhməramlıları daşıyan 200 təyyarə İrəvana gəlib

3034

Rusiyadan Ermənistana sülhməramlı kontingenti və texnikanı daşıyan 200-dən çox uçuş həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ötən gün ərzində hərbi nəqliyyat aviasiya təyyarələri 20 reys yerinə yetirib.

30-dan çox avtomobil və xüsusi texnika-zirehli personal daşıyıcıları, yük maşınları, habelə maddi-texniki dəstək avadanlığı olan təyyarələr Ermənistana enib.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti və hərbi texnikasının gətirilməsi davam edir.

Belə ki, İl-76 və An-124 təyyarələri Ulyanovsk-Vostochnıy aerodromundan İrəvan aerodromlarına uçur.

Ümumilikdə Qarabağda 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO