“Zəngəzur dəhlizi həm də qardaş Pakistandan Türkiyəyə, Azərbaycana qədər yeni koridoru təmin edəcək”.
Bizim.Media xəbər verir ki, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
S. Qafarova deyib ki, üçtərəfli format sçərçivəsində görüşlərin davamlı keçirilməsi vacibdir:
“Bu platforma ölkələrimizin daha sıx birləşməsinə imkan yaradacaq. Üçtərəfli Görüş çərçivəsində Bakı Bəyannaməsi qəbul ediləcək. Bəyannamədə parlamentlərarası dialoq, ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq təşkilatlarda birgə addımlar atmaq, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin təmin olunması əhəmiyyətli olacaq. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə dəstəyi də mühüm hesab edirəm”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:30 / 27.07.2021
“Zəngəzur dəhlizi Pakistandan Türkiyəyə yeni koridoru təmin edəcək” - Sahibə Qafarova
Hazırda oxunan: “Zəngəzur dəhlizi Pakistandan Türkiyəyə yeni koridoru təmin edəcək” - Sahibə Qafarova
Hazırda oxunan: “Zəngəzur dəhlizi Pakistandan Türkiyəyə yeni koridoru təmin edəcək” - Sahibə Qafarova
30115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.