Toğrul İsmayıl: “Əsas müharibə bundan sonra başlayacaq”

Toğrul İsmayıl: “Əsas müharibə bundan sonra başlayacaq”

Hazırda oxunan: Toğrul İsmayıl: “Əsas müharibə bundan sonra başlayacaq”

2989

Vladimir Putin Rossiya 24 televiziyasına verdiyi son müsahibəsində ən vacib məqamları vurğuladı.

Bildirdi ki, beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub.

Heç Ermənistanın özü də Dağlıq Qarabağ Respublikasını tanımayıb.

Bizim.Media xəbər verir ki, Türkiyənin KahramanMaraş Universitetinin professoru Toğrul İsmayıl Rusiya prezidentinin dünənki çıxışının təqdirəlayiq olduğunu qeyd edib və onun səsləndirdiyi sitatlara diqqət çəkib: 

“Putinin “Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar” fikri çox dəqiqdir.

''Ermənistan 30 ildə münaqişəni uzatmaqla ölkəni dalana aparıb. Beynəlxalq layihələrdən kənar qalıb, müharibə xofu miqrasiyanı artırıb''.

''İqtisadiyyat çöküb, demoqrafik vəziyyət ölüm nöqtəsindədir. Bundan o tərəfi fəlakətdi”.

Politoloq hesab edir ki, Rusiya prezidentinin bütün fikirləri real situatsiyadan qaynaqlanır və Rusiyanı növbəti qarşıdurmadan uzaq tutmağa hesablanıb. 

“Onun “Türkiyə həmişə Azərbaycanı dəstəkləyib. Azərbaycanın öz müttəfiqini seçmək hüququ var. Kim buna nə deyə bilər ki?

Türkiyəni beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz.

Ortaq monitorinq mərkəzinin harada yerləşəcəyinə yalnız Azərbaycan özü qərar verə bilər” açıqlamasına gəlincə, bu regionun yeni gücünü tanımaqdır.

Azərbaycan Ermənistandan fəqli olaraq, 30 ildə beynəlxalq söz sahibinə çevrilib.

Regionda heç bir layihə Azərbaycanın icazəsi və iştirakı olmadan icra edilə bilməz.

Yəni bu o qədər sadə həqiqətdir ki, Putin bunu panikada olan Ermənistanın qarşısına qoydu və reallıqla razılaşmağın gərəkliyini bildirdi”.

Toğrul İsmayıl hesab edir ki, artıq hər şey aydındır. Real vəziyyət budur. Biz Vətən müharibəsinin qalibiyik. Sonrakı zəfəri diplomatiyada gözləyirik. Əsas mübaribə bundan sonra başlayacaq.

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO