Əli Hacızadə: “Bəzi xarici şirkətlərin ölkəmizdə fəaliyyətinə ciddi limit qoyulmalıdır”

Əli Hacızadə: “Bəzi xarici şirkətlərin ölkəmizdə fəaliyyətinə ciddi limit qoyulmalıdır”

Hazırda oxunan: Əli Hacızadə: “Bəzi xarici şirkətlərin ölkəmizdə fəaliyyətinə ciddi limit qoyulmalıdır”

2970

Belə fikirlə politoloq Əli Hacızadə öz facebook səhifəsində paylaşım edib. Politoloq qeyd edib ki, Azərbaycanın hərbi yolla torpaqlarımızı 30 illik işğaldan azad etməsi bir sıra Avropa və Qərb ölkələrinin xoşuna gəlməyib:

“Fransa Qarabağ məsələsində az qala Ermənistan kimi davranır, hətta Moskva heç vaxt belə birtərəfli olmayıb".

"Niderland ölkəmizə qarşı sanksiya tətbiq etmək istəyir, Kanada Fransa ilə həmrəylik nümayiş etdirir. Bunlar hamısı bu 30 ildə harda idi?”

Əli Hacızadə bildirib ki, məsələ burasındadır ki, 30 ildir uduzan biz idik və bu vəziyyət onları qane edirdi. İndi vəziyyət dəyişib, bu ölkələr Azərbaycana qarşı düşmən mövqe sərgiləyirlər:

“Azərbaycan hökumətinə səslənirəm, danışıqlar zamanı Qarabağla bağlı Fransa tərəfindən edilən təklifləri, habelə digər Qərb dairələrinin təzyiq və şantajlarını açın (ya rəsmi, ya da qeyri rəsmi sızdırın) qoy cəmiyyətimizdə hələ də “ədalətli qərb” illuziyası ilə yaşayanlar bunu bilsin”.

Politoloq ölkəmizə qarşı çirkin kampaniya aparan ölkələrin şirkətlərinin Azərbaycanda fəaliyyətlərinə də baxılmasını lazımlığını qeyd edir:

“Ölkəmizə qarşı çirkin siyasət aparan ölkələrin burada fəaliyyət göstərən şirkətlərinin fəaliyyətinə məncə, ciddi limitlər qoyulmalıdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO