Səfir: “Parlamentin sanksiya ilə bağlı qərarını Niderland hökuməti dəstəkləmir”  

Səfir: “Parlamentin sanksiya ilə bağlı qərarını Niderland hökuməti dəstəkləmir”  

Hazırda oxunan: Səfir: “Parlamentin sanksiya ilə bağlı qərarını Niderland hökuməti dəstəkləmir”  

2968

"Mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir”.

Bizim.Media xəbər verir ki, bunu Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə səsləndirib.

Səfirin sözlərinə görə parlamentlə Niderland hökümətinin mövqeyi həmişə üstü-üstə düşmür:

“Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir".

"Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil”.

Diplomat bildirib ki, ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil:

“Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz".

"Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO