AXCP İslam Partiyasının qərarından narazıdır

AXCP İslam Partiyasının qərarından narazıdır

Hazırda oxunan: AXCP İslam Partiyasının qərarından narazıdır

29642
İslam partiyasının sədr əvəzi,  Milli Şuranın üzvü Elçin Manafov mətbuata açıqlama verərək qarşıdan gələn prezident seçkilərində partiyanın öz namizədi ilə çıxış edəcəyini bəyan edib. Bu isə artıq MŞ daxilindən qopmalar kimi dəyərləndirilir və vahid namizədin müəyyənləşəcəyinə olan ümidlərə zərbə vurur.

Bununla bağlı Moderator.az-a danışan AXCP sədrinin müavini Nurəddin Məmmədli hər bir partiyanın seçim hüququna hörmətlə yanaşdığını bildirməklə yanaşı bunu müsbət qarşılamadığını da sözlərinə əlavə edib:

Milli Şuraya üzv olan istənilən partiya ayrılıqda öz fəaliyyətini davam etdirmək səlahiyyətlərinə malikdir. Partiya seçkidə iştirakla bağlı qərar qəbul etsə də aramızda müzakirələr davam edəcək.  Əlbəttə, mən Milli Şuranın üzvü kimi bu qərarı müsbət qarşılamıram, amma yenə də onların seçiminə hörmətlə yanaşıram.

Xəyal Əzizov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO