Prezident İlham Əliyev "Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncamla Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:31 / 23.07.2021
İlham Əliyev Təhsil Nazirliyinə 1 milyon manat ayırdı
Hazırda oxunan: İlham Əliyev Təhsil Nazirliyinə 1 milyon manat ayırdı
Hazırda oxunan: İlham Əliyev Təhsil Nazirliyinə 1 milyon manat ayırdı
29624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.