“Ermənistan digər müharibə cinayətləri də törədib” – İLHAM ƏLİYEV

“Ermənistan digər müharibə cinayətləri də törədib” – İLHAM ƏLİYEV

Hazırda oxunan: “Ermənistan digər müharibə cinayətləri də törədib” – İLHAM ƏLİYEV

29041

“İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tuturdular. Bu, sübuta yetirilmiş faktdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında CBC Azərbaycan telekanalının müxbirinin “Mediada Qarabağda ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlərlə bağlı fotoşəkillər və videomateriallar mövcuddur.
 

MÖVZU İLƏ BAĞLI:

PREZİDENT: “Avropa İttifaqına üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir”


Həmin ərazilərdə yenidənqurma işlərinə başlanılıb və bu işlərə bir sıra ölkələr dəvət edilib. Xarici investorları bu sahəyə nə cəlb edə bilər?” sualına cavab verərkən deyib.

“Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib.

Yəni, bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış və böyük vəzifə dayanır. Biz bunu edəcəyik. Bütün zəruri tədbirlər görülüb və maliyyə vəsaiti ayrılıb”, deyə Azərbaycan lideri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO