Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü

Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü

Hazırda oxunan: Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü

2889

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Ceyhun Bayramov Akademiyanın türk dünyası irsinin, tarixinin və mədəniyyətinin araşdırılmasında apardığı işlərin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.

Nazir Azərbaycan tarixinin xüsusi dövrünü yaşadığını qeyd edərək bu zaman çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən beynəlxalq təşkilatlar sırasında olan Beynəlxalq Türk Akademiyasına təşəkkürünü bildirib.

Darxan Kıdırali bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını, lakin qələbəyə təsadüf etməsinin məmnunluq doğurduğunu bildirib.

O, bütün hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatı alqışlayıb.

O, Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında Türk Akademiyasının yerləşdirilməsi şərtləri və qaydaları haqqında saziş imzalanıldığını nazirin diqqətinə çatdırıb.

Darxan Kıdırali Türk Akademiyasının yeni nəşrlərini nazirə təqdim edib.

Nazir Ceyhun Bayramov Akademiyanın yeni nəşrlərinin türk dünyası üçün dəyərli töhfə olduğunu bildirib.

Nazir, həmçinin Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında sazişin imzalanması və beləliklə də Akademiyanın tam fəaliyyətə keçməsi üçün hüquqi proseduraların yekunlaşması münasibətilə qarşı tərəfi təbrik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO