"Ermənistan ordusuna cavab atəşi açılıb" - Müdafiə Nazirliyi

Hazırda oxunan: "Ermənistan ordusuna cavab atəşi açılıb" - Müdafiə Nazirliyi

28797

İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ - Ermənistan Naxçıvanı atəşə tutdu


Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

"Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO