İranın yeni prezidentindən İlham Əliyevə MƏKTUB

İranın yeni prezidentindən İlham Əliyevə MƏKTUB

Hazırda oxunan: İranın yeni prezidentindən İlham Əliyevə MƏKTUB

0:00
0:00
28657

İran İslam Respublikasının yeni Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi tvitter hesabında məlumat yayıb.

Seyid İbrahim Rəisi Prezident İlham Əliyevdən səmimi təbrik məktubu almasından məmnunluq ifadə edərək bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.

Rəisi sonra işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Prezident Əliyevi təbrik edib.

İranın yeni seçilmiş prezidenti bildirib ki, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO