Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Hazırda oxunan: Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi

28472

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu təsdiqləyib. 

Dəyişikdən əvvəl yerli özünüidarəetmə orqanları “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota aldığı gündən bir ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verirdilər.

Yeni qanunla yerli özünüidarəetmə orqanlarının uçotdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməsi hissəsi ləğv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO