“Zirvə görüşü zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdim”.
Bizim.Media-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxışı zamanı bildirib.
Dövlət başçısı bildirib ki, həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklədi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu:
“Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”.
MÖVZU İLƏ BAĞLI:
Prezident konfransda çıxış edir - VİDEO
Bizim.Media