Xankəndidə yaşayan ermənilər Milli Məclisdə Xankəndini təmsil edən millət vəkili Tural Gəncəlidən kömək istəyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə deputat özü danışıb.
MÖVZU İLƏ BAĞLI:
Xankəndində Azərbaycan qanunlarının tətbiqi ilə bağlı Hikmət Babaoğludan AÇIQLAMA
Milət vəkil açıqlamasında deyib ki, Xankəndidə yaşayan ermənilər Rəsmi Bakı ilə əlaqə yaratmağı çoxdan gözləyirlər. Onun sözlərinə görə, təklifi ilə yaradılan vatsap nömrəsinə gün ərəzində ermənilərdən minlərlə mesaj daxil olur.
“Mənə müxtəlif kateqoriyalardan insanlar müraciət edir. Onların içində yaşlı, orta, hətta gənc nəslin nümayəndələri də var. Onlar mənə əsasən Azərbycan vətəndaşlığının alınması, şəxsiyyət vəsiqələrinin alınma qaydaları, mülkiyyət hüquqları və evlərində yaşamağa davam edib-etməyəcəkləri haqqında suallar ünvanlayırlar”.
Deputat qeyd edir ki, ermənilər kimliklərinin məxfiliyini qoruyub saxlamaq istəyirlər. Çünki revanşist soydaşları tərəfindən təhdidlərlə üz-üzə qalmaqdan qorxurlar.
“Onlar indidən sənədlərin toplanması iş yerləri haqqında məlumatlar istəyirlər. Bu da o deməkdir ki, Xankəndidə yaşayan ermənilər artıq Azərbaycan qanunları ilə yaşayacaqlarını qəbul ediblər”.
Millət vəkili bildirir ki, müraciətlər günü-gündən artır. O, həmçinin vuğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü, qanunlarını tanıyan, bayrağımıza hörmət edən ermənilərin müraciətləri əsasında bir millət vəkili kimi onlara kömək etməyə çalışacaq.
Vüsalə Balayeva, Bizim.Media