Rus sülhməramlıları Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməyəcək – Kreml

Rus sülhməramlıları Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməyəcək – Kreml

Hazırda oxunan: Rus sülhməramlıları Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməyəcək – Kreml

27714

Kreml Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında keçiriləcək danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində rus sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumatı təkzib edib. 

Bizim.Media xəbər verir ki, informasiyanı Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya sərhəddə dəvət olunur – “Bu addım Ermənistanın xeyrinə olmayacaq”


"Xeyr, bu, gerçəkliyə uyğun olmayan bir mesajdır”. Peskov “Danışıqlar zamanı rus sülhməramlı qüvvələrin Sotk - Xoznavar sərhədində yerləşdirilməsi ilə bağlı sənəd imzalanacaqmı?”  sualını cavablandırarkən belə deyib. 

Bundan əvvəl Ermənistanın "Joxovurd" qəzeti yazmışdı ki, Paşinyan digər məsələlərlə yanaşı, Rusiya prezidenti Vladimir Putinlə rus sülhməramlılarının Ermənistan sərhədində yerləşdirməsi variantlarını müzakirə edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO