Rusiya sərhəddə dəvət olunur – “Bu addım Ermənistanın xeyrinə olmayacaq”

Rusiya sərhəddə dəvət olunur – “Bu addım Ermənistanın xeyrinə olmayacaq”

Hazırda oxunan: Rusiya sərhəddə dəvət olunur – “Bu addım Ermənistanın xeyrinə olmayacaq”

27708

Ermənistan tərəfi Azərbaycan və Ermənistan sərhədi boyunca əlavə rus hərbçilərinin cəlb olunması üçün çalışır. Bu versiya  bu gün Paşinyanın təcili olaraq Rusiyaya olan səfəri barədə xəbər tirajlayan erməni mətbuatı yayıb.

Verilən məlumatlar arasında bu gün Kremldə gedən müzakirələr zamanı bu mövzu xüsusi olaraq masaya çıxarılacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Rus sülhməramlıları Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməyəcək – Kreml


Məsələnin bu məcrada davam etdiyi və Rusiya ermənilərin istəklərinə müsbət cavab verdiyi təqdirdə Azərbaycan hansı addımları ata bilər?

Politoloq Fikrət Sadıxovun fikrincə Ermənistanın bu təkidi, özlərini sığortalamaq amacı daşıyır. 

Siyasi şərhçi bu barədə Bizim.Media-ya açıqlaması zamanı deyib.

“Azərbyacanın sərhədləri öz ordusu tərəfindən layiqincə qorunur və qorunacaq. Bu, birmənalıdır. Ermənilər isə özlərini sığortalamaq üçün Rusiyaya müraciət edib. Onlar başa düşür ki, sərhəd zonasında törətdikləri təxribatlara bir gün mütləq cavab veriləcək. Qeyd edim ki, bu addımlar ermənilərin xeyrinə olmayacaq”.

F. Sadıxov həmçinin deyib ki, Azərbaycan bütün təxribatlara baxmayaraq beynəlxalq qanunlar çərçivəsində hərəkət edir:

“Azərbaycan heç bir zaman Ermənistan sərhədini pozmayıb və pozmaq fikrində də deyil. Sərhədlər hər zaman işğalçı Ermənistan tərəfindən zəbt edilib. Ermənistan sərhədini istər Rusiya, Fransa və ya digər dövlətlər qorusun, bunun Azərbaycana heç bir aidiyyatı yoxdur”. 

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO