Ərdoğan bu gün Azərbaycana gəlir

Ərdoğan bu gün Azərbaycana gəlir

Hazırda oxunan: Ərdoğan bu gün Azərbaycana gəlir

274288

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri ilə əlaqədar olaraq, Prezidentin səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Prezident fərmanı ilə Rəsmi Qəzetdə dərc olunub.

Fərmana əsasən, Prezident Ərdoğan 7 oktyabr tarixində Azərbaycan Respublikasına səfər edəcəyindən, Türkiyə Respublikasının Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq, onun qayıdışına qədər Prezident səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvətinə əsasən Qəbələ şəhərində keçiriləcək Zirvəyə qatılacaq:
“Regional Sülh və Təhlükəsizlik” mövzusu ilə keçiriləcək Zirvə çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional quruluşunun möhkəmləndirilməsi və təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair işlər nəzərdən keçiriləcək. Qəbələ Bəyannaməsi də daxil olmaqla müxtəlif sənəd və qərarların qəbul olunması gözlənilir.”

Prezident Ərdoğanın Zirvə çərçivəsində Dövlət Başçıları Şurasının iclasında iştirak edəcəyi, həmçinin üzv ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirəcəyi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO