Rumıniya Azərbaycana yeni səfir təyin etdi – ÖZƏL

Rumıniya Azərbaycana yeni səfir təyin etdi – ÖZƏL

Hazırda oxunan: Rumıniya Azərbaycana yeni səfir təyin etdi – ÖZƏL

27264

Ötən gün Rumıniya Prezidenti Klaus İohannisin imzaladığı sərəncamla Vasile Soare Rumıniyanın Azərbaycanda yeni səfiri təyin edilib. 

Bizim.Media xəbər verir ki, V. Soare 1999-cu ildən Rumıniya Xarici İşlər Nazirliyində çalışır. O, 2002-2008-ci illərdə ölkəsinin Qazaxıstanda, 2014-2020-ci illərdə isə Rusiya Federasiyasındakı diplomatik nümayəndəliyinə rəhbərlik edib.
 

MÖVZU İLƏ BAĞLI:

XİN başçısı: "Rumıniya Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır"


Qeyd edək ki, Vasile Soarenin namizədliyi mart ayında Rumıniya Parlamenti tərəfindən də təsdiq olunub. 

Xatırladaq ki, cari ilin fevral ayının 22-də Rumıniya prezidenti Klaus İohannis ölkəsinin Azərbaycandakı səfiri Dan İancununun geri çağırılması haqqında sərəncam imzalayıb.

Səfir D. İancu 2016-ci ildən Rumıniyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışırdı.

Prezident K.İohannisin imzaladığı sərəncamla Rumıniyanın daha 6 ölkədə səfirləri təyin edilib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO