Ceyhun Bayramov estoniyalı həmkarını Ermənistanla sülh prosesi barədə MƏLUMATLANDIRDI - FOTO

Ceyhun Bayramov estoniyalı həmkarını Ermənistanla sülh prosesi barədə MƏLUMATLANDIRDI - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov estoniyalı həmkarını Ermənistanla sülh prosesi barədə MƏLUMATLANDIRDI - FOTO

272429

Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
 

Məlumata görə, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşündə nazirlər Azərbaycan və Estoniya arasında dialoqun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə intensivləşdirilməsinin vacibliyini vurğulayaraq ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını qeyd ediblər.


Xarici işlər naziri Bayramov Azərbaycanın regionda sülh quruculuğu səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və Vaşinqton sammitinin nəticələri barədə estoniyalı həmkarını məlumatlandırıb.

Hər iki tərəf BMT və digər beynəlxalq platformalar da daxil olmaqla, ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO