BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olundu - FOTO

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olundu - FOTO

Hazırda oxunan: BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olundu - FOTO

27150

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

Bu barədə Bizim.Media-ya BMT-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

“BMT-nin Ali Komissarlığını azad edilən ərazilərdə qəbul etməyə hazırıq” - Ceyhun Bayramov - FOTO


Qeyd olunub ki, Azərbaycan hökuməti təyinata razılıq verib.

Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva eyni zamanda BMT-nin həmin ölkədəki İdarə Heyətinin COVİD-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə cavabdeh olan qrupuna başçılıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO