Baş nazir bu qurumları nazirliyin tabeliyindən çıxardı – SİYAHI

Baş nazir bu qurumları nazirliyin tabeliyindən çıxardı – SİYAHI

Hazırda oxunan: Baş nazir bu qurumları nazirliyin tabeliyindən çıxardı – SİYAHI

269723

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından "Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" MMC-lər, "Bakı Telefon Rabitəsi" MMC və onun tabeliyindəki qurumlar ("AzEuroTel" MMC, Bakı Avtomat Telefon Qovşağı, Layihə Axtarış Kontoru, Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsi), "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO