"Naxçıvanda raketlər yerləşdirib İrəvanı..." - Ermənistanın silahlanması ilə bağlı SƏRT AÇIQLAMA

"Naxçıvanda raketlər yerləşdirib İrəvanı..." - Ermənistanın silahlanması ilə bağlı SƏRT AÇIQLAMA

Hazırda oxunan: "Naxçıvanda raketlər yerləşdirib İrəvanı..." - Ermənistanın silahlanması ilə bağlı SƏRT AÇIQLAMA

268008

“Ermənistanın silahlanması Cənubi Qafqazda yeni təhlükəsizlik problemlərinə yol açır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan da öz hərbi arsenalını gücləndirir.

 

“Hərbi təyyarə parkının yenilənməsi qarşı tərəfə mesajdır. Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri müasir qırıcı və silahlarla təchiz olunub. Həmçinin radiusu 300 kilometrdən 500 kilometrə qədər ballistik raketlərə sahibik. Fikrimcə, həm də Türkiyə ilə birgə Naxçıvanda ballistik raketlər yerləşdirmək lazımdır. Bu ballistik raketlər Naxçıvandan İrəvanı hədəf almalıdır”.

 

Ekspert bildirib ki, Ermənistan tərəfinin ballistik raketlər alması situasiyanı gərginləşdirir:

 

“Nikol Paşinyan hesab edir ki, silahlanma ilə Azərbaycandan güzəştlər əldə edəcək. Ermənistan ikinci Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə etdi. Amma Azərbaycan həmin raketləri havada zərərləşdirdi. İrəvan unudur ki, Azərbaycan zəif dövründə belə güzəştə getmədi. Bundan sonra yalnız Ermənistan güzəştə gedəcək və Zəngəzur dəhlizini açacaq. Bir neçə ballistik raket və artilleriya silahları ilə Azərbaycana qarşı əzələ nümayiş etdirmək gülüncdür”.

 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO